Pxenyan Vaşinqtonla nüvə qarşıdurmasına hazır olduğunu açıqlayıb
9-09-2024, 12:44
Şimali Koreya ABŞ ilə uzunmüddətli nüvə qarşıdurmasına hazırdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikası Xarici İşlər Nazirliyinin informasiya departamentinin xarici mətbuat şöbəsinin rəhbəri bildirib.
“KXDR ABŞ ucbatından Koreya yarımadasında getdikcə gərginləşən vəziyyəti ciddi şəkildə nəzarətdə saxlayacaq”, - diplomat deyib.
O xatırladıb ki, ABŞ və Cənubi Koreya bu yaxınlarda Nüvə Planlaşdırılması Məsləhət Qrupu vasitəsilə simulyasiya təlimləri keçirib: “Bunun arxasında KXDR-ə qarşı hərbi müdaxiləni daha da inkişaf etdirmək cəhdi dayanır. Məhz ABŞ Koreya yarımadasında və regionda təhlükəsizlik vəziyyətinin hazırda əhəmiyyətli dərəcədə pisləşməsinin səbəbidir.
Diplomat ölkəsinin nüvə toqquşması təhlükəsinin artmasına səbəb olan və suveren dövlətə hücum həyata keçirmək cəhdlərini nümayiş etdirən “düşmən qüvvələr”in ehtiyatsız davranışından ciddi narahatlığını vurğulayıb.