Nazir cinsi qısnamaya görə işdən çıxarıldı

9-09-2024, 09:17           
Nazir cinsi qısnamaya görə işdən çıxarıldı
Braziliya prezidenti Luiz İnasio da Silva insan haqları naziri Silvio Almeydanı cinsi qısnama ittihamı ilə işdən çıxarıb.
Bakupost.az xəbər verir ki, bu barədə Braziliya liderinin administrasiyasının saytında məlumat verilib.
Luiz İnasio da Silvanın naziri danışmaq üçün Planalto sarayına çağırdığı və söhbətdən sonra məmuru işdən çıxarmaq qərarına gəldiyi qeyd edilir.
"Prezident cinsi qısnama iddialarının xarakterini nəzərə alaraq nazirin vəzifəsini davam etdirməsini qəbuledilməz hesab edir", deyə bəyanatda qeyd edilir.
Braziliya polisi artıq keçmiş nazirə qarşı istintaqa başlayıb. Yerli media yazır ki, təqib epizodları 2023-cü ildə baş verib və qurbanlardan biri irqi bərabərlik naziri Aniel Franko olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru