Qətər Qəzza sakinlərinə kömək üçün 4.5 milyon dollar ayıracaq

9-09-2024, 18:14           
Qətər Qəzza sakinlərinə kömək üçün 4.5 milyon dollar ayıracaq
Qətər Qəzza zolağı sakinlərinə kömək üçün 4.5 milyon dollar ayıracaq.

Al Arabiya xəbər verir ki, bununla bağlı Qətər Qızıl Aypara Cəmiyyəti, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi və Qətər İnkişaf Fondu arasında müqavilə imzalanıb.

Vəsait Qəzza zolağından olan 4 400 fələstinli işçiyə, eləcə də münaqişədən əvvəl tibbi yardım üçün Qərb Sahilinə gələn və öz evlərinə qayıda bilməyən anklav sakinlərinə dəstək olmaq üçün nəzərdə tutulub.

"Nağd yardım keçən ilin oktyabrında münaqişədən bəri Qəzza zolağına qayıda bilməyən köçkünlər üçün həyati dəstək olacaq" , - məlumatda bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.