Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili geri çağırılıb

9-09-2024, 08:49           
Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili geri çağırılıb
Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili geri çağırılıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə hesabında yazıb.

Nazir bu addımın səbəbini müharibə şəraitində olan ölkədə diplomatiyanın reallıqlarını tam dərk etməməsi ilə göstərib. O, həmçinin Ukraynanın səfir və konsullarını mərkəzdən göstəriş gözləməməyə və fəal mövqe tutmağa çağırıb.

Qeyd edək ki, Ukraynanın Gürcüstandakı səfirliyinin fəaliyyətinə Mixail Xarişin rəhbərlik edirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru