Finlandiya və İsveç Rusiyaya zərbə endirmək üçün onların silahlarından istifadə olunmasına icazə verib

14-09-2024, 17:54           
Finlandiya və İsveç Rusiyaya zərbə endirmək üçün onların silahlarından istifadə olunmasına icazə verib
İsveç və Finlandiyanın Ukraynaya tədarük etdiyi silahların istifadə ərazisi ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Bu barədə Finlandiyanın MTV telekanalı Finlandiya və İsveçin xarici işlər nazirləri Elina Valtonen və Mariya Malmer Stenerqaardın bəyanatlarına istinadən məlumat yayıb.

“Yeganə məhdudiyyət silahların beynəlxalq hüquq çərçivəsində istifadə edilməsidir”, – Valtonen deyib.

Sentyabrın 10-da İsveçin xarici işlər naziri təyin edilən Stenerqaard da bu silahların Rusiya ərazisinə zərbə endirmək üçün istifadə oluna biləcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru