ABŞ Kəşfiyyat İdarəsi Azərbaycanda ölüm və doğum göstəricilərini açıqlayıb

14-09-2024, 10:24           
ABŞ Kəşfiyyat İdarəsi Azərbaycanda ölüm və doğum göstəricilərini açıqlayıb
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) müxtəlif ölkələrdə ölüm və doğum göstəricilərini hesablayıb.

Azərbaycan ölüm səviyyəsinə görə 142-ci (hər 1000 nəfərə 6,4 ölüm), doğum səviyyəsinə görə isə 161-ci yerdə (hər 1000 nəfərə 11,2 doğum) olub.

Ermənistan hər 1000 nəfərə 9,6 doğumla ölüm nisbətinə görə 42-ci yerdədir. Doğum səviyyəsinə görə Ermənistan 177-ci yerdədir (hər 1000 nəfərə 10,5 doğum).

Gürcüstan ölüm səviyyəsinə görə 11-ci (hər 1000 nəfərə 13,3 ölüm), doğum səviyyəsinə görə isə 142-ci yerdədir (hər 1000 nəfərə 12 doğum)

Türkiyə ölüm nisbətinə görə 151-ci yerdədir (hər 1000 nəfərə 6,1 ölüm), doğum səviyyəsinə görə isə 122 (hər 1000 nəfərə 13,8 doğum)

İran ölüm səviyyəsinə görə 187-ci (hər 1000 nəfərə 5,3 ölüm), doğum səviyyəsinə görə isə 119-cu yerdədir (hər 1000 nəfərə 14,3 doğum).

Rusiya ölüm nisbətinə görə 9-cu yerdədir (1000 nəfərə 14 ölüm), doğum nisbətində – 209 (1000 nəfərə 8,4 doğum).

Dünyada ən yüksək ölüm (1000 nəfərə 18,6) və ən aşağı doğum səviyyəsi (hər 1000 nəfərə 6) Ukraynada qeydə alınıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru