Rusiya öz vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib

3-10-2024, 09:38           
Rusiya öz vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib
Rusiya səfirliyi öz vətəndaşlarına müvəqqəti olaraq İrana səfərdən çəkinməyi tövsiyə edib.

“İran ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiya səfirliyi Rusiya Federasiyası vətəndaşlarına müvəqqəti olaraq vəziyyət normallaşana qədər İran İslam Respublikasına səfərlərdən çəkinməyi tövsiyə edir”, – Rusiya səfirliyinin bəyanatında deyilir.

Bundan əvvəl İran Fələstinin HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və Livan Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullahın öldürülməsinə cavab olaraq İsrailə raket zərbələri endirib.

Tərəflər qarşılıqlı təhdidlər səsləndiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru