Fransa "Rafale" döyüş təyyarəsi üçün dronlar hazırlayacaq

10-10-2024, 10:44           
Fransa "Rafale" döyüş təyyarəsi üçün dronlar hazırlayacaq
Fransa "Rafale" qırıcı təyyarəsinin müşayiətçisi olacaq pilotsuz uçuş aparatı (PUA) hazırlamağa başlayıb. Layihə "Dassault Aviation" şirkəti ilə təyyarələrin modernləşdirilməsi çərçivəsində həyata keçirilir.

Bu barədə "Defense News" məlumat yayıb.

Fransa Silahlı Qüvvələr İdarəsi açıqlayıb ki, pilot "Rafale" kabinəsindən bu pilotsuz uçuş aparatını da idarə edə biləcək. Dron "Dassault"un "nEUROn" pilotsuz aparatı layihəsi əsasında hazırlanacaq.

"Döyüş qabiliyyətli dron Fransa Hərbi Hava Qüvvələrinin 2033-cü ilə qədər texnoloji və operativ üstünlüyünü təmin edəcək", - "Dassault Aviation"ın baş direktoru Erik Trappier bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru