Böyük Britaniyanın İsrail üçün hazırladığı məxfi plan üzə çıxdı

10-10-2024, 11:24           
Böyük Britaniyanın İsrail üçün hazırladığı məxfi plan üzə çıxdı
Böyük Britaniyadan olan hərbi mütəxəssislərin İsrailin "Hizbullah" hərəkatına qarşı mübarizəsini gücləndirmək üçün müdafiə planı hazırladığı məlum olub.

Bu barədə "Declassified UK" nəşri sızdırılan məxfi sənədlərə istinadən məlumat yayıb.

Jurnalistlərin araşdırmasına görə, "HEZUK" kod adı verilən Britaniya layihəsi İranın və "Hizbullah"ın regionda sabitliyi pozan fəaliyyətlərinə qarşı mübarizə aparmağı hədəfləyib.

"Declassified UK"-un məlumatlarına əsasən, bu plan "Anonymous for Justice" haker qrupu tərəfindən təşkil edilən İsrail Müdafiə Ordusunun sənədlərinin sızdırılması nəticəsində bəlli olub. Hakerlər 2020-ci ildə Britaniyanın Tel-Əvivdəki hərbi attaşesinin təqdim etdiyi təqdimatı yayıblar.

Nəşr qeyd edir ki, "HEZUK" layihəsi 2019-2020-ci illərdə başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.