Macarıstan Rusiya neftinin ölkəyə tədarükünü bərpa edib
11-10-2024, 12:53
Siyyarto deyib ki, Ukraynanın hərəkətlərinə görə Macarıstan Rusiya neftini qəbul edərkən əlavə risk və xərclərlə üzləşir. "Lukoyl"un Macarıstana neft tədarükü bərpa edilib. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyyarto bildirib. O qeyd edib ki, neft Ukrayna və Belarusla sərhəddə qəbul edilir. "Ukraynanın hərəkətlərinə görə Macarıstan Rusiya neftini qəbul edərkən əlavə risk və xərclərlə üzləşir" - nazir deyib. Siyyarto onu da əlavə edib ki, Macarıstan Rusiya ilə qaz sahəsində əməkdaşlıqdan imtina edərsə, digər dövlətlərdən xammalın nəqli mümkün olmayacaq. Xatırladaq ki, bundan əvvəl Avropa Komissiyası Macarıstan və Slovakiyaya Rusiya Federasiyasından neftdən imtina etməyi və Ukrayna tərəfinin Rusiyadan tədarükü blokladığı şikayətinə cavab olaraq alternativ mənbələr axtarmağı tövsiyə etmişdi.