Tramp İrandan gələn təhlükədən ehtiyat edərək hərbi yardım istəyib

12-10-2024, 10:14           
Tramp İrandan gələn təhlükədən ehtiyat edərək hərbi yardım istəyib
Prezidentliyinə namizəd Donald Trampın seçki qərargahı sabiq Ağ Ev rəhbərinin təhlükəsizliyini təmin etmək üçün ABŞ hakimiyyətinə hərbi aviasiya və nəqliyyat vasitələri ilə bağlı müraciət edib.

Bu barədə "Washington Post" mənbələrə istinadən yazıb.

Qəzetin məlumatına görə, Trampın qərargahı bunu İrandan gələn təhdidlə əsaslandırıb və onun həyatına sui-qəsd planlaşdırıldığını bəyan edib.

Keçmiş prezidentin komandası hərbi təyyarələrin seçki kampaniyasının son həftələrində Trampın səfərləri üçün istifadəsini, həmçinin onun rezidensiyası və mitinqləri üzərində uçuş məhdudiyyətlərinin genişləndirilməsini istəyib.

Həmçinin prezidentliyə namizədin daşınması üçün bir sıra hərbi nəqliyyat vasitələri də tələb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru