İlon Mask gələcəyi bu gün təqdim etdi: Sükansız və əyləcsiz taksi - FOTOLAR/VİDEO
12-10-2024, 08:38
Amerikanın elektromobil istehsalçısı “Tesla” yeni sürücüsüz “Cybercab” taksilərini təqdim edib.
Xarici media xəbər verir ki, “Biz, Robot” (“We, Robot”) adlı təqdimat mərasimi Kaliforniya ştatında “Warner Bros.” studiyasında baş tutub.
Robotlaşdırılmış yeni taksiləri təqdim edən şirkət rəhbəri İlon Mask tədbir məkanına sözügedən avtomobillərdən biri ilə gəlib. Onun sözlərinə görə, yeni taksilərin nə əyləci, nə sükanı var.
Bildirilib ki, gələcəkdə bu avtomobillə səfər adi avtomobillə olduğundan on dəfə daha sadə olacaq.
Milyarder, həmçinin qeyd edib ki, artıq 50 ədəd “Cybercab” mövcuddur. Yeni avtomobilin dəyəri 30 min dollardan başlayır. Bununla belə, istifadəçilər bir mil (1,609344 km) üçün 30-40 sent ödəyərək bu taksi ilə səfər edə bilərlər.