Rusiya bu ölkənin hərbçilərini Ukraynaya göndərir - İDDİA

12-10-2024, 10:28           
Rusiya bu ölkənin hərbçilərini Ukraynaya göndərir - İDDİA
"Şimali Koreya əsgərləri artıq Ukraynada döyüşür və həmçinin Rusiyada təlim keçirlər".

Bakupost.az xəbər verir ki, bu iddialar Ukrayna mediasında yer alıb. Amerika Müharibənin Tədqiqi İnstitutunun analitiklərinin Ukrayna kəşfiyyatının nümayəndəsinə istinadən məlumatına görə, Şimali Koreya zabitləri Rusiya qoşunlarını izləyir və Ukraynanın işğal olunmuş ərazisində döyüş meydanını öyrənir, lakin indiyədək Ukraynada Şimali Koreyanın heç bir bölməsi fəaliyyət göstərməyib.

Ukrayna rəsmisi əlavə edib ki, “bir neçə min” Şimali Koreyalı piyada Rusiya ərazisində təlim keçib və Rusiya hərbi komandanlığı onları 2024-cü ilin sonuna qədər Ukrayna cəbhəsinə göndərə bilər.

Qeyd edilir ki, Rusiyanın cəbhədə yerləşdirə biləcəyi Şimali Koreya qüvvələrinin həcmi hələ də bəlli deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.