Koreya yarımadasında gərginlik: müharibə gözləntisi
14-10-2024, 10:54
“İnanıram ki, Şimali Koreya intihar etmək qərarına gəlməyincə müharibəyə başlamayacaq”
Koreya yarımadasındakı gərginlik silahlı münaqişənin başlanacağını proqnozlarını artırır. AYNA “Yonap”a istinadən bildirir ki, Cənubi Koreyanın Müdafiə Nazirliyi xəbərdarlığına görə, Şimali Koreya Cənubi Koreyaya zərər verərsə, bu, Kim Çen In rejiminin sonu olacaq.
“Şimali Koreyanın müharibəyə başlayacağı onun niyyətindən deyil, bizim iradəmizdən və hazırlığımızdan asılıdır. Şimali Koreyanın bu cür niyyətlərə əməl edə bilməməsi üçün qüvvələrimizi birləşdirməyimiz çox vacibdir”, - deyə Cənubi Koreyanın Milli Təhlükəsizlik müşaviri Şin Von-sık bildirib.
Siyasətçi KBS televiziyasına müsahibəsində deyib: “İnanıram ki, Şimali Koreya intihar etmək qərarına gəlməyincə müharibəyə başlamayacaq”.
Onun sözlərinə görə, Koreya müharibəsindən sonra yarımadanın ərazisində yeni genişmiqyaslı hərbi münaqişə riski həmişə olub. Onun fikrincə, Cənubi Koreya Pxenyanın təxribatlarına cavab verməyə tam hazır olmalıdır.
Qeyd edək ki, Şimali Koreyanın Xarici İşlər Nazirliyi cümə günü bəyanat yayaraq Seuldan pilotsuz uçuş aparatlarının göndərilməsini dayandırmağı tələb edib. Bildirilib ki, Cənubi Koreyaya məxsus pilotsuz təyyarələr oktyabr ayında siyasi vərəqələr yaymaq üçün üç dəfə Pxenyanın hava məkanına daxil olub. Rəsmi Pxenyan xəbərdarlıq edib ki, onun ordusu “cənub sərhədi yaxınlığında və Koreya Respublikasının ərazisində hərbi infrastrukturu məhv etmək üçün nəzərdə tutulmuş” bütün hücum vasitələrindən istifadə edəcək.
Müəllif: Turan Abdulla
ayna.az