Livanda İsrail ordusunun zərbələri nəticəsində gün ərzində ölənlərin sayı açıqlanıb

Bu gün, 10:18           
Livanda İsrail ordusunun zərbələri nəticəsində gün ərzində ölənlərin sayı açıqlanıb
Son 24 saat ərzində İsrailin Livanın şəhər və qəsəbələrinə hücumları nəticəsində 174 nəfərin yaralanıb, 51 nəfər isə ölüb.

TASS xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi yanında Fövqəladə Əməliyyatlar Mərkəzi məlumat yayıb.

Ən çox itki Dağlıq Livan əyalətində qeydə alınıb - 22 nəfər ölüb, 33 nəfər yaralanıb, cənubi Sayda və Tir bölgələrində isə 14 nəfər ölüb, 63 nəfər yaralanıb.

2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan İsrailin bombardmanları və artilleriya hücumları qurbanları haqqında məlumatlar yenilənib. Hava hücumları və artilleriya atəşləri nəticəsində ölənlərin sayı 2306-ya çatıb, 10,6 min nəfər yaralanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.