3 ildə ölkəsində korrupsiyanı məhv edən PREZİDENT - Tomas Sankara

15-10-2024, 16:14           
3 ildə ölkəsində korrupsiyanı məhv edən PREZİDENT - Tomas Sankara
Burkino-Fasonun əfsanəvi prezidenti Tomas Sankara. Cəmi 3 il ərzində korrupsiyanın kökünü kəsmişdi. Prezident kimi cəmi 450 dollar alırdı.O pul da zabit kimi aldığı təqaüd idi. Öz prezident maaşını -3 min dolları uşaq evlərinə köçürürdü. Kabinetində hətta kondisioner quraşdırmağa imkan vermirdi ki, kasıblardan seçilməsin.
Sankara işçilərinə onun iş otağında kondisioner quraşdırmaqlarını qadağan etmişdi. Bunu o, belə izah etmişdi: "mən dəbdəbəli həyat sürə bilməyən insanların qarşısında utanıram". Həmçinin Sankara öz portretlərini ictimai yerlərdən, ofislərdən asmağa da icazə verməmişdi. O, "Mersedes" markalı avtomobillərdən ibarət olan hökumət avtoparkını satmışdı. Onun əvəzinə nazirləri o dönəmdə ölkədə ən ucuz marka olan "Reno" avtomobilləri ilə təmin etmişdi. Məmurların maaşlarını kəsirdi, onlara şəxsi sürücüdən istifadə etməyə və birinci sinif aviabiletlərlə uçmağı qadağan etmişdi. Həmçinin məmurlara bahalı qərb kostyumları deyil, yerli əhalinin tikdiyi pambıqdan olan tuniklər geyinmələrini tapşırmışdı. Yeni il qabağı Sankara administratorlara kimsəsizlər fonduna bir aylıq əmək haqqlarını bağışlamaları haqqında göstəriş vermişdi. Bir dəfə Sankara nazirlər kabinetinin yarısını işdən çıxarıb kollektiv fermalara göndərmişdi. Ölkə başçısı onların orada çalışaraq daha faydalı olacaqlarını bəyan etmişdi. Sankaranın hakimiyyətə gəlməyindən (1986) üç il ötdükdən sonra Dünya Bankı Burkina-Fasoda korrupsiyanın olmadığını qeyd etmişdi. Məmurların maaşını aşağı salıb varlılar kimi yaşamağa qoymurdu. 1987-ci ildə öldürüldü.
Mahammad Babayev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.