Seul: Şimali Koreya Koreyalararası yolların şimal hissələrini dağıtmağa hazırlaşır

15-10-2024, 16:58           
Seul: Şimali Koreya Koreyalararası yolların şimal hissələrini dağıtmağa hazırlaşır
Cənubi Koreya bazar ertəsi bildirib ki, Şimali Koreya artıq istismarda olmayan Koreyalararası yolların şimal hissələrini məhv etməyə hazırlaşır. Şimali Koreyanın Cənubi Koreyanın onun ərazisi üzərində dronlar uçurduğuna dair iddiası səbəbilə iki rəqib ölkə arasında gərginlik artıb.

Yolların dağıdılması lider Kim Conq Unun Cənubi Koreya ilə əlaqələri kəsmək, onu rəsmi olaraq ölkəsinin əsas düşməni olduğuna dair mövqeyini möhkəmləndirmək və Şimali Koreyanın Koreyaların sülh yolu ilə birləşməsini nəzərdə tutan onilliklər boyu davam edən hədəfindən imtina etmək istəyi ilə uyğundur.

Cənubi Koreya ordusu bazar ertəsi bildirib ki, onlar Şimali Koreyada yolların sökülməsinə hazırlıq kimi görünən müxtəlif fəaliyyətləri müşahidə edir.

“Onlar yollarda sipərlər quraşdırıb və onların arxasından yolları partlatmağa hazırlıq görürlər,” Cənubi Koreya Birgə Qərargahlar rəisi Li Sanq Cun brifinqdə deyib. O bildirib ki, yolların sökülməsi bazar ertəsindən başlayaraq həyata keçirilə bilər.

Li deyib ki, Cənubi Koreya ordusu inanır ki, Şimali Koreya həmçinin kosmik raket buraxmağa cəhd edə bilər ki, BMT bunu qadağan olunan uzaq mənzilli raket texnologiyasının sınaqdan keçirilməsi olaraq görür. Li deyib ki, Şimali Koreya Seula təzyiqi artırmaq üçün qeyri-müəyyən "kiçik təxribatlar" apara bilər.

Şimali Koreyanın yolların nə qədər böyüklükdə bir hissəsini dağıdacağı bəlli deyil.

Bunlar Şimalli Koreya bu yaxınlarda Cənubi Koreyanı bu ay üç dəfə Pxenyan üzərinə propaqanda vərəqələri atmaq üçün dronlardan istifadə etməkdə ittiham etməsindən və bu yenidən baş verdiyi halda cavab verməklə təhdid etməsindən sonraya təsadüf edib. Cənubi Koreya dronlar göndərib-göndərmədiyini təsdiqləməkdən imtina edib, amma xəbərdarlıq edib ki, vətəndaşlarının təhlükəsizliyinə təhdid yaransa, Şimali Koreyanı sərt şəkildə cəzalandıracaq.

Şimali Koreyanın Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, ordu Cənubi Koreya ilə sərhədi yaxınlığındakı artilleriya və başqa hərbi bölmələrə “atəş açmağa tamamilə hazır olmağa” göstəriş verib. Sözçü bildirib ki, Cənubi Koreyanın bütöv ərazisi Şimalın güclü hücumundan sonra “kül yığınına çevrilə bilər.”

Şimali Koreya rəqibləri ilə ədavət artdıqda tez-tez müharibə xarakterli ritorika yayır. Ekspertlər deyir ki, Şimali Koreyanın tam-miqyaslı, önləyici hücumlar etmək ehtimalı çox azdır, çünki onun ordusu ABŞ və Cənubi Koreyanın birləşmiş qüvvələrindən daha kiçikdir.

Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Ku Byounqsam bazar ertəsi deyib ki, Şimali Koreyanın Cənubi Koreyanın dron uçuşları ilə bağlı ittihamları çox güman ki, Cənubi Koreyada qeyri-sabitliyi qızışdırmaqla yanaşı, daxili birliyini gücləndirmək üçün gərginlik yaratmaq məqsədi daşıyır. Ku deyib ki, Şimali Koreyadan təhdid və təxribatlarla istədiklərini ala bilməz.

Bəzi müşahidəçilər deyir ki, mümkündür ki, Pxenyan əleyhinə fəallar bu ayı dronları göndəriblər, amma Şimali Koreya iddia edir ki, Cənubi Koreya hökuməti yenə də məsuliyyətdən qaça bilmir, çünki bu cür hərəkətlərdən xəbərdar olmalı idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.