Avropa İttifaqının Ukraynaya hərbi yardımının həcmi AÇIQLANDI

17-10-2024, 09:58           
Avropa İttifaqının Ukraynaya hərbi yardımının həcmi AÇIQLANDI
Avropa İttifaqı (Aİ) ölkələrindən Ukraynaya hərbi yardımın ümumi həcmi 110 milyard avroya çatıb ki, bu da ABŞ-ın yardımından çoxdur.

Bu barədə Aİ - nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrell məlumat verib.

“Bu günə qədər biz Ukraynaya təkcə hərbi ehtiyaclar üçün 42 milyard avro ayırmışıq. Bu rəqəm ilin sonuna qədər 45 milyard avro olacaq”, - deyə Borrell qeyd edib.

O əlavə edib ki, ümumi iqtisadi və maliyyə yardımı artıq 110 milyard avroya çatıb.

İki gün əvvəl Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə Kiyevə silah tədarükü üçün Avropa Fondundan vəsaitlərin açılmasına dair razılığa gələ bilməyiblər.

Borrell bəyan edib ki, töhfələr formal olaraq könüllü olduqda, Aİ dövlətləri Kiyevə silah tədarükünü maliyyələşdirməkdən imtina etməyəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru