Bayden Almaniyada onlarla görüşəcək

17-10-2024, 11:57           
Bayden Almaniyada onlarla görüşəcək
ABŞ prezidenti Co Bayden oktyabrın 17-də Almaniyaya səfər edəcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Amerika liderinin Almaniya kansleri Olaf Şolts və prezident Frank-Valter Ştaynmayerlə görüşü planlaşdırılır.

O qeyd edib ki, Ağ Ev rəhbəri Almaniya rəhbərliyi ilə təkcə ikitərəfli məsələləri deyil, həm də beynəlxalq gündəmi, o cümlədən Ukrayna böhranını müzakirə etmək niyyətindədir.

Prezident administrasiyası xatırladıb ki, Baydenin Almaniya və Anqolaya səfəri əvvəlcə oktyabrın 10-15-nə planlaşdırılıb, lakin yaxınlaşan “Milton” qasırğası səbəbindən səfər təxirə salınmalı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru