ABŞ Ukraynaya növbəti yardım paketini açıqlayıb

17-10-2024, 11:44           
ABŞ Ukraynaya növbəti yardım paketini açıqlayıb
ABŞ hökuməti Ukraynaya növbəti hərbi yardım paketinin məbləğini açıqlayıb.

TNS xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda bildirilib.

"Bu gün prezident Ukraynaya 425 milyon dollarlıq hərbi yardım paketi elan edib. Bu paketə əlavə hava hücumundan müdafiə vasitələri, yerüstü sursatlar, zirehli maşınlar və Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün lazım olan kritik hərbi sursatlar daxildir", - bəyanatda deyilir.

Amerika administrasiyası həmçinin bəyan edib ki, noyabrda videokonfrans formatında dövlət və hökumət başçıları səviyyəsində Ukraynaya silah tədarükünün koordinasiyası üzrə təmas qrupunun iclası keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru