İtaliya yeni müqavilə çərçivəsində ilk miqrantları Albaniyaya çatdırıb
17-10-2024, 15:14
İtaliya ilə razılaşmaya əsasən Albaniyada qəbul prosesindən keçəcək ilk miqrant qrupunu daşıyan gəmi çərşənbə günü səhər Şenjin limanına çatıb. Beləliklə Romanın xaricdə sığınacaq axtaran minlərlə insanın qəbul proesesindən keçməsi ilə bağlı mübahisəli planı işə düşüb.
İtaliya miqrantları Avropa İttifaqına üzv olmayan ölkələrə yönləndirmək üçün Avropa İttifaqının birinci planı üzrə Albaniyada iki sənədləşmə mərkəzi inşa edib. Plan İtaliyaya qeyri-qanuni gəlişlərin qarşısını almaq məqsədi daşısa da, miqrantların sığınacaq hüququnu məhdudlaşdırdığını deyən insan haqları qrupları tərəfindən tənqid edilir.
Reuters xəbər agentliyi İtaliyanın hərbi dəniz donanmasının "Libra" adlı gəmisinin Şenjin limanına yaxılaşdığını nümayiş etdirib. 16 miqrant limanda yeni tikilmiş, yüksək metal hasarla əhatə olunmuş, İtaliya və Avropa İttifaqının bayraqları ilə bəzədilmiş qəbul prosesi mərkəzinə aparılıb.
Avropada miqrasiya məsələlərinə görə, artan gərginlik Almaniya və Polşa da daxil olmaqla, bir çox Avropa İttifaqı ölkəsinin daha sərt siyasətlər təklif etmələrinə və ya qanunlar qəbul etmələrinə səbəb olub. İtaliyanın baş naziri Corciya Meloni bu həftə ölkəsinin Alban sxemi ilə Avropanın qalan ölkələrinə nümunə olduğunu deyib.
Kiçik bir etirazçı qrupu çərşənbə günü limana toplaşıb. Şüarların birində "Avropa arzusu burada bitir" yazılıb.
"Avropaya getmək üçün uzun və təhlükəli səyahətlər etmiş bu immiqrantlar indi öz ölkələrinə qaytarılmaq üçün Albaniyaya istiqamət götürür. Bu, bizim Avropanın demokratiya məkanı kimi konsepsiyasına, dəyərlərinə, insan haqlarına son qoyur" - deyə, Albaniyanın hüquq müdafiəçisi Arilda Lleşi bildirib.
Albaniyaya aparılan miqrantlar qrupu bazar günü Liviyadan üzən qayıqlardan götürülən 10 banqladeşli və 6 misirlidən ibarət olub.
Şenjində yoxlanışdan keçdikdən sonra onlar ölkənin avtomobillə 15 dəqiqəlik məsafədə yerləşən Qyader kəndinə aparılacaq və sənədləşmə işləri yekunlaşana qədər orada yerləşdiriləcək.
Daha sonra sığınacaq tələbləri təmin olunarsa onlar İtaliyaya, rədd edildiyi təqdirdə isə öz ölkələrinə göndəriləcək.
Şenjin və Qjaderdəki obyektlərdə italiyalı işçilər çalışacaq. Müqaviləyə əsasən, Albaniyaya eyni vaxtda gələn miqrantların ümumi sayı 3000-dən çox ola bilməz.
İtaliya Albaniyaya yalnız təhlükəsiz kimi təsnif edilən ölkələrdən gələn "həssas qrupa daxil olmayan" kişilərin, ildə 36,000 miqrant limitilə göndəriləcəyini söylədi.