ABŞ Rusiya və Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib - SİYAHI

18-10-2024, 08:54           
ABŞ Rusiya və Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib - SİYAHI
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi sanksiya siyahısını genişləndirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə idarənin saytına məlumat yerləşdirilib.

Məlumata görə, sanksiya rejimi artıq Rusiyann "Ticarət Evi "Vektor" MMC-yə, həmçinin Çin şirkətləri "Redelepus Vector Industry Shenzhen Co., LTD və Xiamen Limbach Aircraft Engine Co., LTD-yə şamil olunur.

Bundan başqa, BƏƏ və Marşall adalarında qeydiyyatdan keçmiş bir neçə şirkət də siyahıya daxil edilib.

Sanksiyalar həmçinin Rusiya vətəndaşı Artyom Mixayloviç Yamşikov və Ukrayna vətəndaşı Yevgeni Skryabinə də tətbiq olunub.

Tankerlərə gəldikdə isə, sanksiyalar kimyəvi maddələr, neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulmuş GRATIA, JUVENIS, KAPOK, KUKKI, LIANA, MARBEL, ONYX və TROPHY gəmilərinə tətbiq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru