Ukraynaya daha 6 ədəd "F-16" qırıcısı veriləcək

18-10-2024, 09:34           
Ukraynaya daha 6 ədəd "F-16" qırıcısı veriləcək
Ukraynanın müdafiə naziri Rustem Umerov norveçli həmkarı Byorn Arild Qram ilə görüşlərdən sonra yaxın vaxtlarda ölkəyə altı ədəd ABŞ istehsalı olan "F-16" qırıcısının gələcəyini elan edib.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə o, feysbuk səhifəsində məlumat verib.

Danışıqlar zamanı tərəflər cəbhədəki mövcud vəziyyəti və Kiyevin uzaqmənzilli silahlara olan ehtiyaclarını müzakirə ediblər. Həmçinin hava hücumundan müdafiəni gücləndirmək üçün konkret razılaşmalar əldə ediblər.

"Xüsusi diqqət aviasiya komponentinə yönəlib. Norveçin dəstəyini davam etdirəcək və yaxın vaxtlarda Ukraynaya altı təyyarə təqdim edəcək", - Umerov yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru