Avropada PISA 2022-nin nəticələrinə görə Estoniya məktəbliləri birinci yeri tutublar

Bu gün, 11:08           
Avropada PISA 2022-nin nəticələrinə görə Estoniya məktəbliləri birinci yeri tutublar
PISA dünyanın müxtəlif ölkələrində məktəblilərin funksional savadlılığını və bilikləri praktikada tətbiq etmək bacarığını qiymətləndirən testdir.
Avropada PISA 2022-nin nəticələrinə görə Estoniya məktəbliləri birinci yeri tutublar.
Estoniyalıların dünyanın ən yaxşılarından biri hesab edilən Finlandiya məktəb sistemini tətbiq edirlər. Məhz bu sistem sayəsində (bu kiçik Baltik respublikası qabaqcıl ölkələr sırasına girərək Avropanın İnformasiya Texnologiyaları və Süni İntellektdə önəmli mərkəzlərdən birinə çevriliblər.
Rusiyalı məktəblilər 2022-ci ildə keçirilən sınaqlarda sanksiyalara görə iştirak etməyiblər.
Amma qatıldığı sonuncu PISA testinə görə Rusiya 481,7 balla dünyada 27-ci yerdə idi.
Ruslar bu nəticələrə görə məktəblilərin Almaniya və Hollandiya ilə təxminən eyni səviyyədə olduğunu “gözə soxsalar” da vəziyyət ürək açan deyil. Çünki göstəricilər ilbəil pisləşmə trendində idi.
Ən geridə qalan ölkələr Balkanlardır. Maraqlıdır ki, Türkiyə məktəbləri bir vaxtlar Osmanlı İmperiyasına daxil olan Bolqarıstan, Rumıniya və Yunanıstandan daha yaxşı durumdadır – türk uşaqları daha ağıllıdırlar yəni.
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.