Bayden Almaniya, Fransa və Britaniya liderləri ilə Ukrayna və Yaxın Şərqdəki müharibələri müzakirə edəcək

18-10-2024, 11:58           
Bayden Almaniya, Fransa və Britaniya liderləri ilə Ukrayna və Yaxın Şərqdəki müharibələri müzakirə edəcək
Prezident Co Bayden Almaniya, Fransa və Britaniya liderləri ilə Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etmək üçün cümə axşamı Berlinə yola düşür. Kyiv isə Qərb müttəfiqlərini döyüşləri dayandırmaq üçün təcili addımlar atmağa çağırıb.

Döyüşlərə son qoyulması səyləri dalana dirəndiyi üçün liderlər arasında danışıqlar zamanı Yaxın Şərqdə sürətlə genişlənən münaqişə mövzusunun əsas yer tutacağı gözlənilir.

Keçən həftə Bayden həmçinin ABŞ-ın Almaniyadakı "Ramşteyn" hərbi hava bazasında Ukraynanın hərbi tərəfdaşlarının daha geniş toplantısına ev sahibliyi etməli idi. Lakin bu görüş faktiki olaraq gələn ay baş tutacaq. O, bu səfəri "Milton”"qasırğasının nəticələrinin aradan qaldırılmasına diqqət yetirmək üçün ləğv edib.

Onun Anqolaya səfəri dekabrın ilk həftəsinə təyin edilib. Bayden 2021-ci ilin əvvəlində vəzifəyə gəldikdən bəri Afrikaya səfər etməyib.

Ağ Evin sözçüsü Karin Jan-Pyer Luandaya qarşıdakı səfərin məqsədinin "Anqolanın strateji tərəfdaş və regional lider rolunu tanımaq, təhlükəsizlik, səhiyyə və iqtisadi tərəfdaşlıq sahələrində genişləndirilmiş əməkdaşlığı müzakirə etmək" olduğunu deyib.

Prezident Bayden cümə günü səhər Almaniya prezidenti və kansleri ilə ikitərəfli danışıqlar aparacaq. Günorta isə onun "Avropa dördlüyü" ilə görüşü planlaşdırılıb.

Jan-Pyer bu səfərin Almaniyanın Rusiya ilə kompleks məhbus mübadiləsində yardımı da daxil olmaqla, Bayden üçün vacib olduğunu vurğulayıb.

O, "Prezident kansler Şoltza şəxsən təşəkkür etmək üçün Almaniyaya səfər etməyi çox istəyirdi" deyib.

Bayden çərşənbə günü Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışıb. Lakin prezident Almaniyada olarkən Zelenski ilə görüşməyəcək. Zelenski söhbətdən sonra deyib ki, o, Baydenlə ABŞ və Ukraynanın birgə silah istehsalı imkanlarını araşdıra biləcəyini müzakirə edib. Onlar həmçinin Ukrayna liderinin parlamentə təqdim etməsindən az sonra Zelenskinin "qələbə planı"nı müzakirə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.