Britaniya, Kanada, Ukrayna və İsveç İrana qarşı iddia qaldırıb

18-10-2024, 12:45           
Britaniya, Kanada, Ukrayna və İsveç İrana qarşı iddia qaldırıb
Böyük Britaniya, Kanada, Ukrayna və İsveç 2020-ci ilin yanvarında Tehran səmasında “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Haaqa Beynəlxalq Məhkəməsində İrana qarşı iddia qaldırıb.

TASS xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqaard parlamentdə sualları cavablandırarkən bildirib.

“Dünən İsveç, Ukrayna, Kanada və Böyük Britaniya İrana qarşı qaldırdığımız iş üzrə Haaqa Beynəlxalq Məhkəməsinə şikayət edib. Biz İranın təyyarənin vurulmasına görə beynəlxalq hüquq çərçivəsində məsuliyyətinin müəyyən edilməsini və hadisə qurbanlarının yaxınlarının təzminat almasını istəyirik”, - o deyib.

Xatırladaq ki, “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus olan və PS752 reysi ilə Tehrandan Kiyevə doğru hərəkət edən “Boeing 737-800” təyyarəsi 2020-ci il yanvarın 8-də İran paytaxtının hava limanından havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Həmin il yanvarın 11-də İran hərbçiləri hərbi obyektin yaxınlığından uçan “Boeing”i səhvən vurduqlarını və təyyarəni “düşmən hədəf” kimi qəbul etdiklərini bildiriblər. 2021-ci ilin dekabrında Böyük Britaniya, Kanada, Ukrayna və İsveç İran hakimiyyətini vurulan təyyarəyə görə təzminatın ödənilməsi ilə bağlı danışıqlara başlamağa çağırıb və bunun baş verməyəcəyi təqdirdə onları məsələnin beynəlxalq səviyyədə həll olunacağı ilə hədələyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru