Almaniyadan Ukraynaya növbəti YARDIM
18-10-2024, 16:44
Almaniya Kiyevə təhvil verilən silahların siyahısını yeniləyib. Siyahıya bir "IRIS-T SLM" və bir "IRIS-T SLS" hava hücumundan müdafiə sistemi, 8 "Leopard 1A5" tankı, 20 "Marder" piyada döyüş maşını (IFV) və "AIM-9L" idarə olunan raketləri daxildir. Həmçinin, pilotsuz təyyarələrin çatdırılması da planlaşdırılır.
TASS xəbər verir ki, bu barədə məlumat Almaniya hökumətinin rəsmi saytında dərc olunub.
Yeni paketin tərkibinə "Sea Sparrow" idarə olunan raketləri, 6 ədəd "Panzerhaubitze 2000" özüyeriyən artilleriya qurğusu, "Leopard 1" və "Leopard 2" tankları, eləcə də "Marder" piyada döyüş maşınları üçün döyüş sursatı daxildir. Bundan əlavə, "IRIS-T SLM" sisteminə aid raketlər, dörd ədəd MRAP zirehli texnikası, 24 min ədəd 155 mm kalibrli artilleriya mərmisi və 30 "Vektor" kəşfiyyat aparatı da bu siyahıya daxildir.
Təslim üçün "AIM-9L" idarə olunan raketləri, 4 min ədəd hücum pilotsuz aparatı, 361 "Songbird" kəşfiyyat PUA-sı, iki "TRML-4D" radar stansiyası, 42 min ədəd 40 mm-lik mərmi və qış geyimləri hazırlanır.