İspaniyanın şimalında İŞİD terror təşkilatına mənsub olmaqda şübhəli bilinən iki şəxs həbs edilib.
İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, İspaniya polisi və Mərakeş Milli Ərazi Nəzarəti Baş İdarəsinin birgə məlumatına görə, şübhəlilər İtsasondo və Avil şəhərlərində tutulublar.
Məlumata görə, İspaniya polisi Mərakeş Milli Ərazi Nəzarəti Baş İdarəsinin dəstəyindən istifadə edərək artıq bir neçə terrorçunu yaxalayıb.