Britaniyada 1100-ə yaxın məhbus vaxtından əvvəl azad ediləcək

20-10-2024, 08:54           
Britaniyada 1100-ə yaxın məhbus vaxtından əvvəl azad ediləcək
Britaniya həbsxanaların həddindən artıq sıxlığı səbəbindən gələn həftənin əvvəlində təxminən 1100 məhbusu azad edəcək.

İqtisadiyyat.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, onlar oktyabrın 22-də azadlığa buraxılacaqlar.

Xatırladaq ki, sentyabrın 6-da "The Daily Telegraph" nəşri yazıb ki, həbsxanalarında yer çatışmazlığı səbəbindən Böyük Britaniya məhbusları Estoniyaya göndərməyi düşünür. Məqalədə qeyd edilir ki, bu, Böyük Britaniya xəzinəsi üçün faydalıdır. Bildirilib ki, İngiltərə və Uelsdə bir məhbusun saxlanması ildə 50 min funt-sterlinqə başa gəlir, Baltikyanı ölkədə isə bu, ildə 10 min funt-sterlinqdən 20 min funt-sterlinqə qədər başa gələ bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru