Makron nazirlərə məlumat sızmasından sonra etibar etmir

20-10-2024, 10:14           
Makron nazirlərə məlumat sızmasından sonra etibar etmir
Fransa prezidenti Emmanuel Makron qapalı iclasda iştirak edənlərdən kiminsə dövlət başçısının dediklərini jurnalistlərə danışmasından sonra nazirlərə etibar etməyi dayandırıb.

Oxu.Az-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, Makron jurnalistlər onun sözlərini icazəsiz sitat gətirməyə davam edərsə, mətbuat konfransları keçirməyi dayandıracağı ilə hədələyir.

Makronu qəzəbləndirən və az qala beynəlxalq qalmaqala səbəb olan hadisə bu həftə Fransa Nazirlər Kabinetinin qapalı iclasından sonra baş verib. İclasda prezident bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin BMT qərarı ilə yaradıldığını unutmamalıdır.

Məlumatın sızması nəticəsində Makronun sözləri Fransa mediasında yayılıb və Netanyahunun qəzəbinə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru