Banqladeşdə insanların ağıllarını itirdikləri sirli "Güzgülər evi" tapıldı

20-10-2024, 15:08           
Banqladeşdə insanların ağıllarını itirdikləri sirli "Güzgülər evi" tapıldı
Banqladeşdə uzun illər siyasi məhbusların saxlandığı gizli yeraltı həbsxana aşkar olunub.

Bu barədə "The New York Times" yazır.

Keçmiş məhbuslar burada işgəncələrə məruz qaldıqlarını, günəş işığını görmələrinə icazə verilmədiyini və hətta bəzilərinin ağıllarını itirdiyini iddia edirlər. Nəşrin məlumatına görə, həbsxananın kod adı "Aynagor" və ya "Güzgülər evi" olub.

NYT-nin qeyd etdiyi kimi, Şeyx Hasinanın 2009-cu ildə hakimiyyətə qayıdışı ilə bütün ölkəni yeni repressiya dalğası bürüyüb. 2004-cü ildə sui-qəsd cəhdindən sağ çıxandan sonra keçmiş baş nazir Banqladeşin ilk prezidenti olan atası Şeyx Mucibur Rəhman kimi "paranoik və avtokratik" liderə çevrilib.

Hüquq müdafiəçilərinin məlumatına görə, 2009-cu ildən bəri Banqladeşdə siyasi səbəblərdən 700-dən çox insan saxlanılıb, onlardan 80-nin meyiti tapılıb, daha 150 nəfər isə itkin düşüb.

Hasinanın avqustda hökumət əleyhinə etirazların ardından devrilməsindən sonra yoxa çıxanların çoxu "Güzgülər evi" kod adlı gizli yeraltı həbsxanada tapılıb. O, Dəkkədəki hərbi qarnizonun ərazisində yerləşir. Məhkumlar arasında hüquqşünaslar, fəallar, diplomatlar və ordu nümayəndələri də olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru