Moldovada prezident seçkiləri baş tutmuş sayılıb
21-10-2024, 00:13
...Moldovada prezident seçkiləri üçün saat 13:00-a seçici fəallığı 25 faizi ötüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə jurnalistlərə Mərkəzi Seçki Komissiyasının rəhbəri Angela Karaman məlumat verib.
...Bu saata qədər səsvermədə 717 minə yaxın insan iştirak edib (bu, seçicilərin 25 faizdən çoxudur. – Red.). Saat 12:00-a olan məlumata görə, referendumda 442 331 seçici iştirak edib ki, bu da seçicilərin 16,14 faizini təşkil edib.
Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 16:33-ə olan məlumata görə, seçicilərin 41,17 faizi səs verib ki, onların da demək olar ki, 54 faizini qadınlar, 45faizini isə kişilər təşkil edib.
Qeyd edək ki, bazar günü Moldovada prezident seçkiləri keçirilir. Dövlət başçısı postu uğrunda 11 namizəd mübarizə aparır, o cümlədən respublikanın hazırkı rəhbəri, hakim Fəaliyyət və Həmrəylik partiyası tərəfindən irəli sürülən və Moldovanı Avropa İttifaqına yaxınlaşdırmağın tərəfdarları olan Maia Sandu...
Bundan əlavə, ölkədə Avropaya inteqrasiya ilə bağlı referendum keçirilib. Sakinlər “Moldova Respublikasının Avropa İttifaqına daxil olması üçün Konstitusiyanın dəyişdirilməsinin tərəfdarısınızmı?” sualına cavab verməlidirlər.
Onu da qeyd edək ki, həm seçkilərin, həm də referendumun baş tutmuş sayılması üçün onların hər biri üzrə seçici fəallığı 33,3 faizdən çox olmalıdır. Səsvermə saat 21:00-a qədər davam edəcək - bundan sonra seçki məntəqələri bağlanacaq.