Böyük Britaniya və Almaniya “tarixi” saziş imzalayacaqlar

21-10-2024, 07:54           
Böyük Britaniya və Almaniya “tarixi” saziş imzalayacaqlar
Böyük Britaniyanın müdafiə naziri Con Healey bildirib ki, London və Berlin tezliklə tarixi hərbi müqavilə bağlayacaqlar. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Times” yazır.

Ölkələr arasında saziş NATO-nun şərq cinahında yerləşən ölkələrdə Kral Ordusu ilə Bundesver arasında birgə hərbi təlimləri nəzərdə tutur.

Sənəd həmçinin iki ölkəyə birgə daha çox silah və hərbi texnika almağa və hərbi texnologiyaların inkişafı sahəsində daha sıx əməkdaşlıq etməyə imkan verəcək.

...Böyük Britaniya bu həftə Almaniya ilə tarixi müdafiə sazişi imzalayacaq.

Bunu Böyük Britaniyanın müdafiə naziri deyib.

Onun fikrincə, Berlinlə saziş 2010-cu ildə Fransa ilə hərbi sazişdən sonra Böyük Britaniyanın ən əhəmiyyətli ikitərəfli sazişi olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru