BMT İsrailin Qəzzada dinc sakinlərə hücumunu pisləyib

21-10-2024, 17:04           
BMT İsrailin Qəzzada dinc sakinlərə hücumunu pisləyib
BMT-nin Yaxın Şərq üzrə sülh nümayəndəsi bazar günü İsrailin Beyt Lahiyaya hava hücumları nəticəsində onlarla insanın ölümündən sonra dinc əhaliyə qarşı davam edən hücumları pisləyib.

Tor Vennesland "Bu, onlarla mülki şəxsin ölümünə və şimaldakı insanlara az humanitar yardımın çatmasına səbəb olan və həftələrlə davam edən intensiv əməliyyatlardan sonra baş verir" deyib.

İsrail bazar günü Livanın paytaxtı Beyrutda Hizbullahın kəşfiyyat qərargahına zərbələr endirdiyini, Qəzza rəsmiləri isə İsrailin onlarla insanı öldürən zərbəsindən sonra dağıntılar altından cəsədləri çıxarmağa çalışdıqlarını bildirib.

Fələstinlilərin Səhiyyə Nazirliyi bildirib ki, şənbə günü axşam Qəzzanın şimalındakı Beyt Lahiyaya endirilən hava hücumu nəticəsində azı 87 nəfər ölüb və ya itkin düşüb. İsrail hadisə ilə bağlı xəbərləri araşdırdığını bildirib.

Bu, HƏMAS lideri Yəhya Sinvarın öldürülməsinin atəşkəs danışıqlarına başlamaq ümidlərini artırdıqdan bir neçə gün sonra İsrailin Qəzzada HƏMAS və Livanda İranın dəstəklədiyi Hizbullaha qarşı hücumlarının intensivləşməsinə işarədir.

ABŞ-da seçkilər yaxınlaşdıqca, bölgədəki rəsmilər, diplomatlar və digər mənbələr İsrailin hərbi əməliyyatlar vasitəsilə sərhədlərini qorumağa, HƏMAS və Hizbullahın yenidən qruplaşmasının qarşısını almağa çalışdığını bildirir. İsrail də İrana qarşı cavab tədbirləri görməyə hazırlaşır.

Vaşinqton İsrailin İranın enerji və ya nüvə obyektlərinə hücum etməməsində israr edir. İsrailin baş naziri Benyamin Netanyahu şənbə günü “İran kuklası Hizbullah” tərəfindən pilotsuz uçuş aparaı vasitəsilə sui-qəsd cəhdinin həyata keçirildiyini bildirib.

Netanyahunun ofisinin bəyanatında deyilir ki, keçmiş prezident Donald Trampla telefon danışığı zamanı baş nazir İsrailin öz maraqlarına əsaslanaraq qərarlar verəcəyini təkrarlayıb.

İsrail hökuməti ABŞ-ın Qəzza və Livanda atəşkəsə nail olmaq üçün bir neçə cəhdini rədd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.