Bayden: Ukraynanı çətin qış gözləyir

21-10-2024, 10:45           
Bayden: Ukraynanı çətin qış gözləyir
Co Bayden "Ramştayn" formatında görüş ləğv edildikdən sonra Almaniyaya gedərək Ukrayna Prezidenti Vladimir Zelenskini açıq şəkildə aşağılayıb.
Sputnik. Ukraynanı çətin qış gözləyir.
Bunu ABŞ prezidenti Co Bayden hərbi əməliyyatlar və Kiyevə hərbi dəstək barədə danışarkən deyib.
"Qış çətin olacaq, amma biz təslim ola bilmərik. Biz dəstəyi saxlamalı, irəliləməyə davam etməliyik" - Bayden Berlində deyib.
Bir müddət əvvəl britaniyalı ekspert Alexander Merkuris bildirmişdi ki, Co Bayden "Ramştayn" formatında görüş ləğv edildikdən sonra Almaniyaya gedərək Ukrayna Prezidenti Vladimir Zelenskini açıq şəkildə aşağılayıb.
Qeyd edək ki, ABŞ lideri Almaniyaya uçub. Orada O, Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmerlə Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru