Tramp və Harrisin seçki kampaniyası ritorikası qızışır VİDEO

22-10-2024, 16:14           
Tramp və Harrisin seçki kampaniyası ritorikası qızışır VİDEO
Sabiq prezident Donald Trampın ABŞ-ın “daxili düşməni” olduğu və bununla “məşğul olmaq” olduğu kimi son şərhləri onun rəqibləri tərəfindən yeni tənqid dalğasına səbəb olub. Lakin həm Respublikaçılar, həm də Demokratlar Partiyasından prezidentliyə namizədlərin seçki kampaniyası zamanı istifadə etdikləri qızğın ritorika analitiklərin xəbərdarlığı ilə müşayiət olur. Onların fikrincə, bu, onların Ağ Evi qazanmaq şanslarına zərər verə bilər. Amerikanın Səsinin müxbiri Veronika Balderas İqlesias izah edir.

Bir sıra ştatlarda erkən səsvermə davam edərkən, vitse-prezident və prezidentliyə Demokrat namizəd Kamala Harris şənbə günü jurnalistlərə açıqlamalarında siyasi rəqibi, sabiq prezident Donald Trampı tənqid edib.

"Donald Tramp özünün getdikcə qeyri-sabit və yararsız olduğunu sübut edib", Harris bildirib.

Harris Respublikaçılar partiyasından prezidentliyə namizədin oktyabrın 13-də Ağ Evdə potensial ikinci müddətlə bağlı müsahibə zamanı Fox News-da mübahisəli açıqlamalar verməsindən sonra Trampı dəfələrlə bu sözlərlə təsvir edib. Trampdan onu zəiflədən bürokratlara qarşı necə qorunacağını soruşulduqda, o belə cavab verib:

“Bizim xarici düşmənimiz var, bundan başqa daxili düşmənimiz var. Bizdə bəzi xəstə insanlar, radikal solçu dəlilər var və onların öhdəsindən lazım gələrsə asanlıqla milli qvardiya, ya da ordu tərəfindən gəlmək olar".

Tramp daha sonra demokrat rəqiblərini nəzərdə tutduğunu açıqlayıb. Lakin o, oktyabrın 16-da The Wall Street Journal-a müsahibə verərkən oxşar iddiaları təkrarlayıb.

ABŞ-ın Nyu-Hempşir ştatının qubernatoru, respublikaçı Kris Sununudan ABC-nin “Bu həftə şousu” proqramında Trampın sözləri ilə bağlı fikirlərini bölüşməsi istənilib.

“Heç kim belə şeyləri və şişirtmələri sevmir, amma gəlin baxaq, o, dörd il prezident olub. O, siyasi rəqiblərini təqib etdimi? //Onun bunu edəcəyini və bundan istifadə edəcəyini düşünmürəm. O, birinci dövrdə bunu etməyib, bu müddətdə də bunu etməyəcək”, o bildirib.

Siyasi analitik Şennon O'Brayen Amerikanın Səsinə bildirib ki, hər iki prezidentliyə namizədin bir-birini tənqid etmək üçün istifadə etdiyi getdikcə qızışan ritorika səslərə təsir etməküçün mütləq qələbə düsturu deyil.

“Düşünürəm ki, cizgini keçsəniz və ortada olan insanlarda ikrah hissi oyatsanız, bunun problemli olma potensialı var. //Düşünürəm ki, bəzi insanlar evdə qalıb qollarını çarpazlayıb bütün bu prosesdən təngə gələ bilər”, Texas Universitetindən Şennon O'Brayen qeyd edib.

O deyir ki, yarışın bu mərhələsində qərarsız seçicilər azdır, lakin kampaniyalar onları öz tərəfinə çəkmək cəhdlərindən imtina etməyə hazır deyil.

Trampın bu həftə Şimali Karolina, Corciya və Nevada ştatlarında təşviqat tədbirləri keçirməsi planlaşdırılır.

Bazar günü 60 yaşı tamam olan Harrisin kampaniyanın yaydığı məlumata görə, bazar ertəsi keçmiş Respublikaçı konqresmen Liz Çeyni ilə birlikdə Pensilvaniya, Viskonsin və Miçiqan ştatlarında seçicilərin dəstəyini qazanmaq üçün bir sıra görüşlər keçirəcəyi gözlənilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.