Fransa XİN: Paris Ukraynanın dərhal NATO-ya dəvət olunmasının tərəfdarıdır
22-10-2024, 15:58
Benjamin Addad Fransanın Ukraynanı Avropa Birliyinə və alyansa gedən yolda "müşayət etmək" niyyətində olduğunu bildirib.
Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamin Addad bildirib ki, Fransa tərəfi Kiyevin Şimali Atlantika Alyansına dəvəti ilə bağlı razılığa gəlməyi "əsas vəzifə" hesab edir.
O, dəqiqləşdirib ki, Paris NATO-ya qoşulma prosesinin "olduqca uzun" ola biləcəyini başa düşür.
"Dəvət birinci mərhələdir, siyasi siqnaldır, biz bunu hazırda edə bilərik. Qoşulma prosesi uzun və tələbkar olsa da, biz tərəfdaşlarımızı razı salmağa çalışırıq" - Addad "Le Parisien"ə müsahibəsində bildirib.
Bundan əlavə, o, Fransanın Ukraynanı Avropa Birliyinə və alyansa gedən yolda "müşayət etmək" niyyətində olduğunu bildirib. Nazir bunun "Avropanın təhlükəsizliyini təmin etmək" üçün zəruri olduğunu iddia edib.
Xatırladaq ki, Ukrayna lideri Vladimir Zelenski NATO dövlətlərini Rusiya Federasiyası ilə münaqişədə iştirak etmək üçün qoşun hazırlamağa çağırıb.
Almaniya kansleri Olaf Şolts bildirib ki, Şimali Atlantika Alyansının Ukraynadakı münaqişəyə cəlb olunması fəlakətlə nəticələnə bilər.