İran İsraildən gələn təhdidlər barədə xəbərdarlıq edib

22-10-2024, 15:23           
İran İsraildən gələn təhdidlər barədə xəbərdarlıq edib
İran Xarici İşlər Nazirliyinin sözçüsü təhdidləri qəbuledilməz adlandırıb və onların beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və BMT-ni ölkənin nüvə obyektlərinə İsraildən gələn təhdidlər barədə xəbərdar edib. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib.
O, bu təhdidləri qəbuledilməz adlandırıb və onların beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.
"İran bu təhdidləri beynəlxalq ictimaiyyətin təhlükəsizliyinə təhdid hesab edir və bununla əlaqədar olaraq Beynəlxalq Atom Enerjisi Agentliyinə və BMT Təhlükəsizlik Şurasına yazılı etiraz göndərib", - Baqayibildirib.
Oktyabrın 1-də İran 180-ə yaxın raket ataraq İsrailə hücuma edib. Onların əksəriyyəti hədəfə çatıb. "The Washington Post" qəzetinin yazdığına görə, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a cavab olaraq İran hərbi obyektlərinə hücum edəcəyi barədə məlumat verib. İranın xarici işlər naziri Abbas Əraqçi xəbərdarlıq edib ki, ölkənin nüvə obyektlərinə hər hansı hücum "qırmızı xətti" keçmək kimi qiymətləndiriləcək və İran komandanlığı artıq İsrailə cavab zərbəsi endirmək üçün bütün hədəflərini müəyyən edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.