Hindistan Çinlə sərhəd qarşıdurmasına son qoydu

22-10-2024, 18:54           
Hindistan Çinlə sərhəd qarşıdurmasına son qoydu
Hindistan Çinlə sərhəd patrullarını bərpa etmək barədə razılığa gəlib. Bununla da iki ölkə arasında dörd illik sərhəd qarşıdurmasına son qoyulub.

Bloomberg xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar deyib.

Açıqlama Çin Prezidenti Si Cinpin və Hindistanın Baş naziri Narendra Modinin Rusiyada keçiriləcək BRİKS sammitində iştirak etməsindən bir gün əvvəl verilib və bu, iki lider arasında mümkün ikitərəfli görüşə yol açır.

Qeyd edək ki, Pekin və Dehli arasındakı münasibətlər 2020-ci ilin iyun ayından bəri dondurulub. O zaman Hindistan tərəfi 20 əsgərinin mübahisəli Hindistan-Çin sərhədində Çin əsgərləri ilə döyüşlərdə öldürüldüyünü iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru