G7 ilin sonuna qədər Ukraynaya 50 milyard dollar kredit ayırmağı planlaşdırır

24-10-2024, 12:08           
G7 ilin sonuna qədər Ukraynaya 50 milyard dollar kredit ayırmağı planlaşdırır
"Böyük Yeddilik" (G7) 2024-cü ilin sonuna qədər Ukraynaya kredit kimi 50 milyard dollar ayırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” ABŞ-nin maliyyə naziri Cennet Yellenin Ukraynanın maliyyə naziri Sergey Marçenko ilə görüşü zamanı verdiyi açıqlamaya istinadən məlumat yayıb.

Yellen açıqlamada qeyd edib ki, ABŞ-nin təmin edəcəyi hissə 20 milyard dollar təşkil edəcək və kredit dondurulmuş Rusiya aktivlərindən gələcək gəlirlər hesabına ödəniləcək.

Xatırladaq ki, Avropa İttifaqı Şurası kreditin bir hissəsi kimi Ukraynaya 35 milyard avroya qədər vəsaitin köçürülməsi barədə qərarı təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru