Fransa Livana 100 milyon avro ayıracaq

24-10-2024, 16:27           
Fransa Livana 100 milyon avro ayıracaq
Fransa Livana yardım üçün 100 milyon avro ayırmaq niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Parisdə Livana dəstək mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

"BMT Livan üçün 426 milyon avro tələb edib. Bu məqsədlə Fransa ölkəyə yardım üçün 100 milyon avro ayıracaq. Vəsait Livan ordusunun təchizatına töhfə verəcək. Təəssüf edirəm ki, İsrail Livanda hərbi əməliyyatlarını davam etdirir: ölkənin cənubunda, Beyrutda və onun hüdudlarından kənarda mülki itkilərin sayı artarkən, Hizbullahın da bu əməliyyatı dayandırması lazımdır" , - deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru