Macarıstan XİN Xorvatiya səfirini müdafiə nazirinin təhqiramiz bəyanatlarına görə nazirliyə çağırıb

26-10-2024, 09:24           
Macarıstan XİN Xorvatiya səfirini müdafiə nazirinin təhqiramiz bəyanatlarına görə nazirliyə çağırıb
Xorvatiyanın Budapeştdəki səfiri Mladen Andriç Xorvatiyanın müdafiə naziri İvan Anuşiçin bu yaxınlarda səsləndirdiyi bəyanatlar ilə əlaqədar Macarıstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə “Report” Rusiya KİV-ə istinadən xəbər verir.

Mətbuat konfransında çıxış edən Macarıstanın xarici işlər naziri Peter Siyarto xorvatiyalı nazirin sözlərini macarlara qarşı təhqir adlandırıb.

O qeyd edib ki, Macarıstan bütün qonşuları, o cümlədən Xorvatiya ilə mümkün olan ən yaxşı münasibətləri qurmağa çalışır. “Elə buna görə də Xorvatiyanın müdafiə nazirinin “yeni idmanla məşğul olması” gözlənilməz oldu və bu, macarlara qarşı təhqir idi. Bu, əvvəllər heç vaxt olmamışdı”, - Siyarto söyləyib.

Bundan əvvəl Xorvatiya Prezidenti Zoran Milanoviç hökumətin Ukraynaya hərbi yardım göstərmək və Ukrayna hərbçilərinə təlim keçmək üçün NATO proqramında iştirak etmək təklifi ilə razılaşmayıb. Bundan sonra Anusiç bildirib ki, bu, Xorvatiyanı başqa ölkənin ərazi bütövlüyünü şübhə altına alan Macarıstana bənzədəcək. İki gün sonra müdafiə naziri əlavə edib ki, Xorvatiya Macarıstan və Serbiyaya qoşulur və onun fikrincə, Ukrayna ilə münaqişədə Rusiyaya açıq dəstək verir.

“Xorvatiya hökumətindən çox xahiş edirəm ki, bizi prezidentləri ilə qızğın daxili siyasi mübahisələrinə sürükləməsinlər. Qoy mübahisələrini öz aralarında həll etsinlər və gələcəkdə Macarıstanı təhqir etməsinlər”, - Siyarto fikrini yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.