NYT: "İsrailin mümkün hücumuna İran 1 000 ballistik raketlə cavab verməyə hazırdır"

26-10-2024, 11:28           
NYT: "İsrailin mümkün hücumuna İran 1 000 ballistik raketlə cavab verməyə hazırdır"
Tehran İsrailin mümkün hücumuna cavab vermək üçün bir neçə hərbi plan hazırlayıb.

Bu barədə "The New York Times" qəzeti İran rəsmilərinə istinadən məlumat verib.

Qeyd olunur ki, İsrailin mümkün cavabını gözləyən Tehran orduya tam hazırlıq vəziyyətində olmağı əmr edib. İranın ali lideri Əli Xameneinin İsrailin hücumları zamanı hərbi planların hazırlanmasının vacibliyini vurğuladığı bildirilir.

"Cavab tədbirlərinin miqyası İsrailin zərbələrinin şiddətindən asılı olacaq. Hücumlar əhəmiyyətli ziyana səbəb olarsa, İran 1 000-ə qədər ballistik raket buraxmağı və bölgədə İranın dəstəklədiyi qrupların iştirakı ilə hücumları gücləndirməyi düşünə bilər", - məlumatda bildirilir.

"Euronews"un məlumatına görə, İranda vətəndaşlar arasında Tehranın silahlı münaqişədə iştirakı ilə bağlı narahatlıqlar artır. Bir çox iranlı narazılıqlarını və münaqişənin nəticələrindən qorxduqlarını bildirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru