Nazir prezidentin zənginə cavab vermədi – Kobaxidzedən cavab
27-10-2024, 10:50
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişvilinin daxili işlər naziri Vaxtanq Qomelaurinin telefon zənglərinə cavab verməməsi ilə bağlı şikayətinə reaksiya verib.
Axar.az xəbər verir ki, Gürcüstanın baş naziri Prezident Salome Zurabişvilinin “timsah göz yaşları”nın heç kəsin vecinə olmadığını bildirib.
“Salome Zurabişvilinin Daxili İşlər Nazirliyi və daxili işlər naziri ilə heç bir əlaqəsi yoxdur. Gürcüstan parlament respublikasıdır, burada hökumət var, tabeçilik sistemi var və Salome Zurabişvili bu sistemə hörmət etməlidir”, - İrakli Kobaxidze qeyd edib.
Qeyd edək ki, Gürcüstan prezidenti daha əvvəl seçki məntəqələrində baş verən insidentlərə polisin daha tez və operativ reaksiya verməsi üçün Vaxtanq Qomelauri ilə əlaqə saxlamağa çalışdığını, lakin nazirin onun telefonuna cavab vermədiyini bildirmişdi.