Gürcüstandakı parlament seçkilərini 3 Exit-pol qurumu müşahidə edib və...
28-10-2024, 08:34
Gürcüstandakı parlament seçkilərinin nəticələrinə göz gəzdirirəm. Müxtəlif mənbələrin sifarişi ilə 3 Exit-pol qurumu seçkini müşahidə edib. Yekunda onlardan ikisi müxalifətin xeyli irəlidə olduğunu, birisi isə iqtidar partiyası olan "Gürcü Arzusu"nun qalib gəldiyini bildirib. Gürcüstan MSK-sı isə "Gürcü Arzusu"nun təxminın 54%, müxalifətin isə 37% səs aldığını bildirib. Müxalifət seçkinin saxtalaşdırıldığını elan edərək nəticələri tanımadığını qeyd edib. Seçkinin ilkin nəticələri göstərir ki hökumətdə olanlar əsasən REGİONLARDA qalib gəliblər, müxalifət isə əsasən BÖYÜK ŞƏHƏRLƏRDƏ qalib gəliblər. Yeri gəlmişkən, bu seçkilərdə seçicilərin 90%-i elektron formada səsvermədə iştirak edib.(Ümid edirəm bizim MSK da bunun fərqindədir). Məhz bu səbəbdən artıq seçki başa çatandan 1 saat sonra səsvermənin ilkin nəticələri məlum olub. Osman Gunduz TEREF