Kim Çen Inın bacısı Cənubi Koreya və Ukraynanı ABŞ-ın yetişdirdiyi itlər adlandırıb

28-10-2024, 12:04           
Kim Çen Inın bacısı Cənubi Koreya və Ukraynanı ABŞ-ın yetişdirdiyi itlər adlandırıb
Kim Yo Çjon deyib ki, dünya Zelenskinin bir qəpiyə dəyməyən oyunundan bezməyə başlayıb.
Şimali Koreya lideri Kim Çen Inın bacısı olan Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Çjon Cənubi Koreya və Ukraynanın "iki su damcısı kimi bir-birinə bənzədiyi" fikrini səsləndirib, bu ölkələri "ABŞ tərəfindən yetişdirilmiş tərbiyəsiz itlər" adlandırıb.
Bu barədə onun Koreya Mərkəzi Teleqraf Agentliyinin dərc etdiyi şərhində deyilib.
"Nüvə silahı olan ölkələrlə bağlı gülünc cəfəngiyyatlar deyən, yalvaran və danışmağa cəsarət edən Seul və Kiyevin davranışlarına baxsanız, onlar bir qabda, bir-birinin demək olar ki, eyni olan iki su damcısı kimidirlər. Onları ABŞ-da yetişdirilən pis cins itlərə xas olan ümumi xüsusiyyətlərin birləşdirdiyini söyləmək olar" - şərhdə qeyd edilib.
Bundan əvvəl Kim Çen Inın bacısı Ukrayna lideri Vladimir Zelenskini istefaya çağırıb. Kim Yo Çjon deyib ki, dünya Zelenskinin bir qəpiyə dəyməyən oyunundan bezməyə başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.