Texnologiya və elm sahəsində ən son xəbərləri paylaşan “Digiato” Teleqram kanalının verdiyi məlumata görə, artıq İranda “Motorola” telefonlarının idxalı və tədarükü qadağan edilib.
TEREF xəbər verir ki, ölkədə bu markanın telefonlarını qeydiyyatdan keçirmək mümkün deyil.
Məlumata görə, İranın sənaye nazirinin keçmiş müavini Məhəmməd Mehdi Bəradəran vəzifəsindən getməzdən bir müddət öncə ölkədə “Motorola” markalı telefonların satışının dayandırılacağını açıqlayıb.
Qeyd olunub ki, Livanda “Hizbullah” qüvvələrinə məxsus peycerlərin kütləvi şəkildə partlamasından sonra İran parlamentinin nümayəndələri də şirkətin məhsullarına qadağa qoyulmasını tələb ediblər.