Trampın Netanyahudan xahişi

31-10-2024, 09:16           
Trampın Netanyahudan xahişi
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp söhbətlərdən birində İsrailin Baş naziri Benyamin Netanyahuya qarşıdakı prezident seçkisində qalib gələrsə, Ağ Evə qayıdana qədər İsrailin Qəzza zolağındakı müharibəni bitirməsini istədiyini bildirib.
Bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Tramp bu istəyi ilk dəfə 2024-cü ilin iyulunda, İsrail Baş nazirini Florida ştatındakı Mar-a-Laqo iqamətgahında qəbul edərkən səsləndirib. Məlumata görə, Tramp Netanyahuya İsrailin müharibədə tezliklə qələbə qazanmasını istədiyini açıq şəkildə bildirib. Bununla belə, onun irəli sürdüyü vaxt çərçivəsi əvvəllər məlum deyildi.

Xatırladaq ki, oktyabrın 20-də Netanyahunun ofisi Trampla növbəti danışıqdan sonra verdiyi açıqlamada vurğulayıb ki, İsrail ABŞ administrasiyasının fikirlərinə qulaq asır, lakin qərarları öz milli maraqlarına uyğun şəkildə qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru