Fransada Makronun Notr-Damda çıxış etmək qərarından hiddətləniblər

5-11-2024, 15:18           
Fransada Makronun Notr-Damda çıxış etmək qərarından hiddətləniblər
Fransa Prezidenti Notr-Damda dekabrın 7-də çıxış etməyi planlaşdırır.
Fransa Prezidenti Emmanuel Makronun Notr-Dam Kafedralı bərpa edildikdən sonra oranın açılışı münasibətilə çıxış etmək qərarı yerli ictimaiyyətin nümayəndələrini qəzəbləndirib.
"RİA Novosti" agentliyi bu barədə yazıb.
Bir çox şəbəkə istifadəçisi artıq qarşıdakı çıxışı qalmaqallı adlandırıb. İctimaiyyətə görə, Notr-Damda hələ heç bir siyasətçi çıxış etməyib. Qeyd olunub ki, sosial şəbəkələrdə Fransa Prezidenti ilə bağlı memlər yaranıb. Memlərdə o, katolik din xadiminin geyimində təsvir edilib.
Bundan əlavə, bəzi istifadəçilər dini yerlərdə "siyasi yığıncaqların təşkili"nin ölkənin 1905-ci il tarixli "güc və kilsənin bölünməsi haqqında" Qanununun 35-ci maddəsi ilə qadağan olunduğunu qeyd ediblər.
Kafedralin açılışı münasibətilə tədbirlərin dekabrın 7-də və 8-də keçiriləcəyi məlumdur. Fransa Prezidenti Notr-Damda dekabrın 7-də çıxış etməyi planlaşdırır.
Bundan əvvəl Emmanuel Makron bildirib ki, Avropa Rusiya ilə əlaqələrini yenidən nəzərdən keçirməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.