İspaniyada monastır hücumu:

11-11-2024, 18:54           
İspaniyada monastır hücumu:
İspaniyanın Valensiya bölgəsindəki Gilet şəhərindəki Müqəddəs Ruh Monastırına girən təcavüzkarın "Mən İsa Məsihəm. Kahinləri öldürəcəyəm" deməsi çox sayda insanın yaralanmasına səbəb olub.
Bizimyol.info xəbər verir ki, "El Mundo" qəzetinin verdiyi məlumata görə, İspaniya Mülki Qvardiyası uzun axtarış prosesindən sonra hücumun təşkilatçısı olduğu düşünülən bir şəxsi həbs etdiklərini açıqlayıb.

Bölgədə yayımlanan televiziya kanalına danışan bir hadisə şahidi hücumçunun hücumu "monastırdakı heykəlin üzərində tarixi çubuq və şüşə butulkadan istifadə edərək" həyata keçirdiyini söyləyib. Bildirilib ki, hadisəni törədən 46 yaşlı şəxs hazırda polis bölməsində saxlanılır və sabah məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Bölgə sakinləri hücum nəticəsində 7 keşişin döyülərək öldürüldüyü, bir keşişin isə xəstəxanada həyatı üçün mübarizə apardığını bildiriblər. Lakin Fövqəladə Hallar Xidmətindən (FHX)verilən açıqlamada ölüm xəbərlərinin yanlış olduğu, ölən olmadığı, ancaq bir nəfərin vəziyyətinin ağır olduğu açıqlanıb.

Açıqlamada yaralılardan birinin vəziyyətinin ağır olmaqla, 5 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilib. FHX qeyd edib ki, hücuma məruz qalan keşişlərin yaşlarının 57-95 arasında olub, üç keşiş xəstəxanada müalicə olunur, bir keşişin isə evə buraxılıb.

Gilet Bələdiyyə Şurası hücumdan sonra cinayətkarın həbs olunduğunu təsdiqləyib və Mülki Qvardiyaya operativ fəaliyyətinə görə təşəkkür paylaşımı edib. Bələdiyyə Şurası ictimaiyyətə "sakitlik və səbr" mesajı göndərib. Gilet Bələdiyyə Başçısı Salva Kosta keşişlərin vəziyyəti ilə bağlı məlumat almaq üçün monastıra gedib.

Buraxılan keşişlərdən birini monastırda görə bilmədiyini, ancaq telefonla danışdıqlarını ifadə edən Bələdiyyə Başçısı Kosta, "Giletlilərlə birbaşa əlaqəm var və keşişləri görməyə gəldim" deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.